Suriyada bomba hücumunda “10 uşaq ölüb”

Suriyada hökümət təyyarəsi uşaq meydançasına salxım bombası atıb və nəticədə 10 uşaq ölüb, hökumət deyir.

İnternetdə yerləşdirilən videoda kədərli anaların uşaqlarının meyitlərinin yanında ağlamaqları göstərilir.
Uşaqlar MiG qırıcı təyyarəsi Dəməşqin şərqində yerləşən Deir al-Asafir kəndində uşaq bağçasını bombaladıqdan sonra öldürülüb, müxalifət fəalları deyib.
Paytaxtın ətrafında döyüş davam edir. Bazar günü üsyançı döyüşçülər aviabazanın ən azı bir hissəsini zəbt edib.