70 ildən sonra Norveç yahudilərin deportasiyasına görə üzr istəmək qərarına gəlib
Noyabrın 26-da, 532 norveçli yahudinin həbs edilərək Almaniyaya göndərilməsinin 70-ci ildönümündə Norveç polisi ilk dəfə olaraq o hadisədə günahının olduğunu etiraf edib və həmin vaxt ölənlərin qohumlarından və ölkənin yahudi icmasından üzr istəyib.
NEWSru Israel-in məlumatına görə, bu Norveç rəsmilərinin tarixdə ilk rəsmi üzrxaxlığıdır.
Bu ölkədə yaşayan yeganə keçmiş konslager məhbusu 89 yaşlı Samuel Steynman yerli telekanallardan birinə müsahibəsində Norveç rəsmilərinin bu addımından məmnum olduğunu dilə gətirib.
Norveçin Holokost hadisələrinin tədqiq edən mərkəzinin məlumatına görə, İkinci dünya müharibəsi başlayanda bu ölkədə 2100 yahudi yaşayıb. Onlardan 772-i 1942-ci ildə nasistlərlə əməkdaşlıq edən baş nazir Vidkun Kvislinqin əmri ilə konslagerlərə göndərilib. Deportasiyada əsas rolu Norveç Dövlət Polisi oynayıb. Konslagerdən yalnız 34 yahudi sağ qayıda bilib. Kvislinq isə 1945-ci ildə edam edilib.
Azadlıq.info


