Əl-Qaidə Suriyanın şərqini işıqsız qoyub

Terrorçular bir neçə elektrik stansiyasını sıradan çıxarıb

Əl-Qaidə terror təşkilatının Suriyanın şərqində yerləşən Deyr ez-Zor vilayətində törətdiyi terror aktları nəticəsində regionda bir neçə elektrik stansiyası sıradan çıxıb.
Suriyanın elektroenergetika naziri İmad Xamisinin yerli mətbuata verdiyi məlumata görə, baş verənlərə səbəb qaz kəmərindəki partlayış olub. Nəticədə elektrik stansiyaları yanacaqsız qalıb.
Ria-Novostinin ərəb KİV-nə istinadən verdiyi məlumata görə, bazar ertəsi Suriya müxalifətçiləri Fərat çayı üzərində yerləşən «Tişrin» SES-i əli keçirib.

Azadlıq.info