AB-nin Cənubi Qafqaz nümayəndəsi Bakıya gəlir

Noyabrın 27-də Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi Filipp Lefort Azərbaycana gələcək. AB-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, xüsusi nümayəndə noyabrın 28-də Bakıda rəsmi görüşlərə başlayacaq.   
Səfər zamanı Azərbaycan-AB əlaqələrinin inkişafı və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunacaq.
Səfər noyabrın 30-da yekunlaşacaq.