Musa Rahim Dəyanət Babayevə görə aclığa başlayır

AXCP üzvü Musa Rahim digər cəbhəçi Dəyanət Babayevin polisdə saxlanılması və haqqında cinayət işinin başlanmasına etiraz olaraq noyabrın 30-dan etibarən aclıq aksiyasına başlayacaq.

Bu barədə Avropa.info-ya Musa Rahim özü məlumat verib. “Mən Dəyanət bəyin hüquqlarının müdafiəsi məqsədi ilə ailə üzvülərimlə bərabər Noyabr ayının 30-dan başlayaraq aclıq aksiyasına başlayıram. Biz bu həbsə etiraz edirik”-deyə, o bildirib.

Xatırladaq ki, AXCP üzvləri Dəyanət Babayev, Musa Rahim və Elvin Baycan noyabrın 7-də axşam saatlarında Fəvvarələr Meydanında saxlanaraq 22-ci polis bölməsinə aparılmışdılar.Polis onları ictimai asayişi pozmaqda və xuliqanlıqda günahlandırırdı.

Cəbhəçilər isə polisin onları qanunsuz olaraq saxladığını bildirirlər.