Misirdə prezident-müxalifət münaqişəsində vasitəçi ortaya çıxıb

Misirin ədliyyə naziri Əhməd Məkki ölkə başçısı Məhəmməd Mursi ilə müxalifət arasında yaranan münaqişədə vasitəçilik rolunu öz üzərinə götürüb.  

Bu barədə BBC-ə istinadən Nile News telekanalı məlumat yayıb.
Mursinin qərarı ilə bağlı şübhələri olan Məkki Qahirədə Ali Məhkəmədə görüşlər keçirir.
Bir qədər əvvəl isə qərara etiraz edən hakimlər də tətilə başlayıb. Hakimlər açıq məktub yazaraq prezidentin yeni diktaturaya başladığını və Misirin məhkəmə sisteminə «ölümcü zərbə» vurduğunu bildiriblər.
Mursinin səlahiyyətlərini artırması ilə bağlı yeni qərarına qarşı etiraz aksiyaları ölkənin bir neçə şəhərində keçirilir. Eyni zamanda onun tərəfdarları da dəstək aksiyaları təşkil edir.

Azadlıq.info