rovnaq

Rövnəq Abdullayevin “Holland sindromu”

rovnaqARDNŞ prezidentinin «Vitesse» klubuna sponsorluğu ilə bağlı yeni məlumatlar

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bildirir ki, həqiqətə qətiyyən uyğun gəlməyən bu informasiyanın heç bir əsası yoxdur, Şirkət ”Vitesse” klubu ilə hər hansı şəkildə əməkdaşlıq etməyib, etmir və belə bir əməkdaşlıq planlaşdırılmır. ARDNŞ qətiyyətlə bəyan edir ki, öz fəaliyyətində aşkarlıq və şəffaflıq prinsiplərini təmin edir və şirkət tərəfindən onun gündəlik həyatı, istehsalat fəaliyyəti və gələcək planları haqqında mətbuatda mütəmadi olaraq düzgün informasiyalar yerləşdirilir”.
Rövnəq Abdullaev israrla deyir ki, rəhbəri olduğu şirkət Hollandiyada heç bir futbol klubu ilə danşıqlar aparmır.

Hollandiya mətbuatı nə yazır?

Biz, elə həmin Hollandiyada dərc olunan qəzetlərin, ordakı xəbər agentliklərinin ARDNŞ-in hansı idman klubu ilə danışıqlar apardığı barədə yazdıqlarını hörmətli Abdullayevin nəzərinə çatdıracağıq. Amma hələ ki, məsələdən xəbəri olmayan oxucularımızın diqqətinə bu xəbəri çatdıraq.
Demək, bir qədər əvvəl Hollandiya mətbuatı ARDNŞ-in bu ölkənin “Vitesse” futbol klubuna sponsorluq edəcəyini yazıb. Sən demə,  ARDNŞ-in reklamı əvəzində Rövnəq Abdullayev ildə bu kluba 10 milyon avro ödəyəcəkmiş. Bu barədə isə Hollandiyada yaşayan azərbaycanlı mühacir Eldəniz Yusibov məlumat yaymışdı.
Rövnəq müəllim isə deyir ki, şirkət “Vitesse” klubu ilə, ümumiyyətlə Hollandiyada hər hansı şəkildə əməkdaşlıq etməyib, etmir və belə bir əməkdaşlıq planlaşdırılmır.
Bəs görək Hollandiya mətubatı nə yazır? Bu ölkənin spitsnieuws.nl saytı (spitsnieuws.nl/ hives/sport/2012/11/vitesse-wil-cackpot-met-nieuwe-sponsor) yazır: “SOCAR Arnema şəhrinin “Vitesse” kulubunu öz brendini Qərbi Avropada tanıtmaq üçün əla vitrin hesab edir. Şirkət hər il 10 milyon avrosundan keçməyə hazırdır”.
Hollandiyanın www.v-bal.nl “http://www.v-bal.nl” saytının məulmatında (http://www.v-bal.nl/nieuws/92487/vitesse-heeft-mogelicke-een-vette-vis-aan-de-haak.html) deyilir:
Azərbaycan şirkəti “Vitess”ə yeni sponsorluq təklifində bulunub. Bu şirkət dövlət şirkətidir və neft və qaz istehsalı, ixracı ilə məşğul olur.
SOCAR “Vitess”ə sponsorluq etməyə hazırdır”. Bu başlığı isə  www.fcupdate.nl “http://www.fcupdate.nl” saytı De “Gelderlander” qəzetinə istinadla yayıb.
http://www.rtl.nl” isə yazısına belə başlıq qoyub: Vitesə Azərbaycan milyonları axacaq. Bu yazıda da (“http://www.rtl.nl/components/actueel/rtlnieuws/2012/11_november/17/sport/Vitesse_milcoenensponsor_SOCAR.xml”) SOCAR-ın “Vitesse”ilə danışıqlar apardığı və artıq bu danışıqların xeyli irəliyə gedib başa çatmaq üzrə olduğu qeyd edilir.
http://www.sportdome.nl” saytı isə  yazısına (“http://www.sportdome.nl/Nieuws/54409-SOCAR-in-beeld-als-hoofdsponsor-Vitesse.html”) SOCAR Vitessin baş sponsoru kimi başlığı qoyub. Bu yazıda da Azərbaycan şirkətinin çətin durumda olan holand kulubuna miylonlar ayıracağı deyilir.

Rövnəq Abdullayev niyə qarayaxmadan danışır?

Bəs görəsən, belə olan halda hörmətli ARDNŞ prezidenti niyə hansısa qarayaxmadan danışır?
Indii sizlərin nəzərinə bir məqamı da çatdırmaq istərdik. Söhbət həmin bu Vitessin ətrafında baş verən qalmaqalı, daha dəqiqi qaranlıq məqamlardan gedir.
Bu klubun 2010-cu ildən tam sahibi gürcüəsilli Merab Jordaniyadı. Vaxtilə Tibilisi “Dinamo”sunun oyunçusu olub. Sonradan Gürcüstan Futbol Federasiyasının rəhbəri olub. Rövnəq Abdullayev isə AFFA-nın prezidentidir. Gürcüstanda Mixail Saakaşvili hakimiyyətə gələndən sonra korrupsiyaya qarşı mübarizə başladılanda həbs edilənlərdən biri də vergidən yayındığına görə Jordaniya olub. Jordaniya o zaman 340.000 min dollar ödəməklə azadlığa çıxıb. 2005-ci ildə isə yenidən fırıldaqçılığa görə həbs edilib və bu dəfə də cərimə ödəməklə həbsdən yaxa qurtara bilib. Onun “Dinamo” klubuna prezidentlik etdiyi zaman klubun hesabından Isveçrə bankına qanunsuz olaraq 5 milyon alman markası, 1 milyon dollar və 800 min Isveçrə frankı köçürülüb.
1998-ci ildə yenə qanunsuz olaraq klubun hesabından öz hesabına 1,3 milyon alman markası köçürüb.
Hollandiya mətbuatının verdiyi məlumatlarda Jordaniyanın “Vitesse”ni ala biləcək qədər zəngin olmadığı, bunun arxasında milyarder Abramoviçin dayandığı bildirilir.
Jordaniyanın Abramoviçin bir marionetkası olduğu qeyd edilir. Əslində klubu Abramoviç alıb. Bir neçə ay bundan əvvəl Rusiyanın “Qazprom” şirkəti də bu kluba ildə 10 milyon avro verməklə sponsorluq etmək istəyib. Hətta futbolçuların yeni foması da hazırlanıb. Amma sonradan məlum olmayan səbəblərdən bu fikirlərdən vaz keçiblər.
Belə qaranlıq keçmişi olan prezidentin, Abramoviç kimi bir zənginin sahib olduğu kluba, SOCAR-ın ildə 10 milyon avro verməsi ilə bağlı məlumatlar istər-istəməz müəyyən şübhələrin yaranmasına səbəb olur.
“Vitesse” Hollandiya Erediviziyasında keçirdiyi 12 oyunda 25 xal toplayıb və üçüncü pilləni tutur.

Azad