
Noyabr ayının 21-də Bakı Slavyan universitetinin Moskva Dövlət Dilçilik universitatinin nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti mərkəzində, Moskva Şəhriyar Ədəbi Mədəni cəmiyyətinin şairlərinin rus tələbələrilə görüşü keçirilib.
Tədbirdə mərkəzin rəhbəri Bella Musayeva, tərcüməçi pedaqoq Olqa Kuraj, AMOR cəmiyyətinin sədr müavini Emin Hacıyev və başqaları iştirak ediblər.
Görüşü professor Bella Musayeva açıb. O, çıxışını azərbaycan dilində, Olqa Kuraj isə onun çıxışını sinxron olaraq rus dilinə tərcümə edib.
Moskva Şəhriyar ƏMC sədri Vasif Məmmədov görüşə gələnləri salamlayaraq, tədbirin zəruriliyi və mədəniyyətimizin qorunub saxlanartaq, gənc nəsillərə aşılanmasında rolu barədə danışıb.
Sonra söz şairlərə verilib.
İlk öncə Azərbaycan və Rusiya Yazarlar birliyinin üzvü şair, yazıçı, publisist Sultan Mərzili çıxış edib. O, Türk dilinin qədim kökləri, onun digər dillərin inkişafına təsiri haqda danışıb, bir neçə şeir oxuyub.
Rusiya və Avroasiya Yazarlar birliklərinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü şairə Afaq Şıxlı bir neçə cümləlik qısa çıxışdan sonra, azərbaycan və rus dillərində şeirlərini səsləndirib.
Daha bir çıxışçı Rusiya Yazıçılar və Jurnalistlər birliyinin üzvü, şair publisist Əliş Əvəz olub.
Beynəlvalq Yazarlar və Publisistlər assosiasiyasının üzvü, tarix elmləri namizədi şair publisist Əşrəf Hüseynli Azərbaycan dili və xalqı haqqında fikirllərini bölüşüb. Sonra o, “Azərbaycan deyəndə!” adlı kiçik poemasını oxuyub.
Tədbir zamanı böyük ekranda video-poliklər: rus tələbələrinin azərbaycan milli rəqslərinin və azərbaycan dilində mahnıların ifası, milli bayramlarımızın neçə keçirilməsinin kişik epizodları izlənilib, Azərbaycan mərkəzinin məzunu Oleq Ostaşkonun ifasında mahnılar dinlənib.
Ən sonda söz, gənc yazar, elə həmin universitetin məzunu, hazırda isə dissertantı, BYPA üzvü, Risiya Dilçilik Akademiyasının müxbir üzvü Nilufər A.Şıxlı çıxış edib.


