merdanov-abbaszade

Məleykə Abbaszadə Misir Mərdanovu saymadı

merdanov-abbaszadeTəhsil naziri TQDK-nın yubileyinə dəvət edilmədi

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) dünən “Səadət” sarayında keçirilən 20 illik yubileyində təhsil naziri Misir Mərdanov görünməyib. Bu barədə “Azadlıq”a tədbir iştirakçılarından biri məlumat verib.
Adının çəkilməsini istəməyən həmin şəxsin sözlərinə görə, Misir Mərdanovun tədbirə dəvət edilmədiyi, yoxsa dəvəti qəbul etmədiyi ona bəlli deyil.
“Fakt odur ki, Misir Mərdanov tədbirdə yox idi”, – deyə mənbə bildirib.
“Azadlıq”ın apardığı araşdırmalar zamanı isə bəlli olub ki, Misir Mərdanov tədbirə dəvət edilməyib. Bunun da səbəbi təbii ki, TQDK sədri Məleykə Abbaszadə ilə Misir Mərdanovun arasında ziddiyyətlər olmasıdır.
Oxucuların diqqətinə çatdıraq ki, TQDK sədri və təhsil naziri uzun müddətdir ki, üz-üzədirlər. Bəzi məlumatlara görə, bu savaşın kökündə Ramiz Mehdiyev faktoru dayanır. Iddia edilir ki, məhz Prezident Administrasiyasının rəhbərinin təhrikilə Məleykə Abbaszadə Misir Mərdanova savaş açıb. Iki məmur arasındakı qarşıdurma zaman-zaman açıq müstəviyə də keçib. Məsələn bir müddət əvvəl, Misir Mərdanov Məleykə Abbaszadəni təxribatçı adlandırmış və ümumiyyətlə TQDK kimi quruma ehtiyac olmadığını bəyan etmişdi.