Cənab Lavrov bunu NATO-ya Türkiyənin Suriya sərhədində Patriot raketlərinin yerləşdirilməsi haqqında müraciət etməsilə əlaqədar verdiyi brifinqdə deyib.
Türkiyənin baş naziri Recep Teyyip Erdoğan bu mövqeyi “çox yanlış” adlandırıb. Türkiyə mətbuatının yazdığına görə Erdoğan deyib ki, “(Rusiyanın) Türkiyənin xarici işlərini öz marağı kimi göstərməyə cəhd edən yanaşması yanlışdır”.
Erdoğan Patriot raketlərinin yerləşdirilməsini müdafiə məqsədilə əlaqələndirsə də, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukashevich deyib ki, “Suriya-Türkiyə sərhədinin hərbiləşdirilməsi çox narahatedicidir”.
Lukashevich deyib ki, Rusiyanın mövqeyincə, Türkiyə “Suriya müxalifətilə siyasi dialoqun başlanmasını sürətləndirməlidir”.
Çərşənbə günü NATO Türkiyənin Suriya ilə sərhədinin yaxınlığındakı ərazisində Patriot raketlərini yerləşdirməyə ərizə verdiyini bildirib.


