Yazıçı-publisist Rafiq Tağının ölümünün ildönümündə onun adına təsis edilən mükafatın sahiblərinin adı açıqlanıb.
Dalğa Gənclər Hərəkatının təsis etdiyi Rafiq Tağı mükafatı 3 yazara verilib: hazırda xaricdə sığınacaq alan Ağalar Məmmədova, Elnur Astanbəyli və Seymur Baycana.
Birinci yerin qalibinin – Ağalar Məmmədovun 1000 kitabı çap ediləcək. Elnur Astanbəyli 300, Seymur Baycan isə 200 manat pul mükafatı alacaqlar.


