Rafiq Tağı mükafatının sahibləri bəlli oldu

“Dalğa” Gənclər Hərəkatı noyabrın 23-də Rafiq Tağı Mükafatının laureatlarının adını açıqlayıb: Ağalar Məmmədov, Elnur Astanbəyli, Seymur Baycan. Qalibləri “Dalğa” Gənclər Hərəkatının İdarə Heyəti seçib.

“Azadlıq” radiosu xəbər verir ki, “Dalğa”ın qərarına görə, Ağalar Məmmədovun kitabı 1000 tirajla çap ediləcək, Elnur Astanbəyli 300 manat, Seymur Baycan isə 200 manat mükafat alacaqlar.

Yazıçı-publisist Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb, noyabrın 23-də müalicə olunduğu xəstəxanada vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.

Rafiq Tağı Mükafatı hər il Azərbaycanda maarifçilik istiqamətində fəaliyyət göstərən, ölkədə Avropa və ümumbəşəri dəyərlərin yayılmasına xidmət edən üç nəfərə veriləcək.