Özbəkistan prezidentinin qızı müsəlmanları hiddətləndirib

İslam Kərimovun qızı Gülnarə Kərimovanın açıq-saçıq şəkillərini vətənində qəzəbə səbəb olub

Dəfələrlə öz hərəkətləri ilə mühafizəkar özbək cəmiyyətinin hiddətinə səbəb olan Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova növbəti dəfə diqqət mərkəzinə düşüb. Bu dəfə qalmaqala səbəb onun yoqa seansı ərəfəsində çəkdirdiyi şəkillər olub. The Daily Mail qəzetinin yazdığına görə, əynində şort və mayka olan Kərimova əbədsiz hərəkətlər edir, «it», «pişik» pozasını aldığı şəkilləri özünün Twitter səhifəsində yerləşdirib. 40 yaşlı Gülnarə Kərimova Özbəkistanın İspaniyadakı səfiridir və hətta atasının potensial varisi kimi qiymətləndirilir. Bundan əlavə, o əl və ayaqlarının da şəkillərini yerləşdirərək manikür və pedikürunu nümayiş etdirib.
Fotosessiya onun mikrobloqunun özbək oxucuları arasında etiraza səbəb olub. Özbəklər «şahzadənin» geyimində və hərəkətlərindən narazı qalıb.
Gülnarə Kərimova bundan əvvəl də dəbdəbəyə meylinə görə dəfələrlə özbək əhali arasında tənqid obyektinə çevrilib. 2010-cu ildə WikiLeaks-in açıqladığı məlumata görə, Kərimova ölkəsində ən çox nifrət edilən şəxsdir.

Azadlıq.info