Hakimiyyətdə şok gəlişmələr

aliyev musavire2Post-Əliyev dövrü uğrunda qruplar arası ziddiyyətlər kəskinləşir

Dünyanın hər yerindən Azərbaycan hakimiyyətinə təzyiqlər artdıqdca iqtidarda B planı ilə əlaqədar müzakirələr və yaranan ziddiyyətlər getdikcə qızışır. Ötən saylarımızda yazmışdıq ki, hazırda hakimiyyətin iki odioz fiquru arasında gərgin mübarizə gedir. Bunlardan biri fövqəladə hallar naziri Kəmaləddin Heydərov digəri isə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevdir. Hər iki şəxs bir-birini bitirmək üçün gərgin çabalar göstərir.
Kəmaləddin Heydərov Ramiz Mehdiyevin yerinə PA-nın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovu təyin etdirməyə çalışır. Ramiz Mehdiyev və komandasında Kəmaləddin Heydərovun bu addımının post-Əliyev dövrünə hesablanıdığına şübhə yoxdur. Onlar artıq ölkə başçısı Ilham Əliyevi də buna inandırıblar. Bununla da “fövqəlnazir”ə qarşı hücum kampaniyasına start verilib. Hələlik Kəmaləddin Heydərov “fövqəlçevriliş planını” arxa plana keçirərək hücumları dəf etməklə məşğuldur. Hücumlar isə getdikcə daha kəskinləşir.
Dünən əldə etdiyimiz məlumatlara görə, Kəmaləddin Heydərova qarşı hücuma sahibkarlar da cəlb edilib. Məlumatlarda bildirilir ki, sahibkarlar bəzi dövlət qurumlarına (həmin qurumların adları bizə bəllidir, sadəcə bəzi dəqiqləşdirmələr apardığımızdan açıqlamırıq) dəvət edilir və onlardan Kəmaləddin Heydərovdan ölkə başçısına şikayət etmək tələb olunur. Sahibkarlar əsasən “fövqəlnazir”in nəzarətində gömrük xidmətindən və onun yaxın adamı sayılan “Broker” MMC-nin Əbülfəz Məlikovdan şikayət etməlidir. Şikayətlərdə gömrükdə sahibkarlara yaradılan problemlər, xüsusilə Əbülfəz Məlikovun qanunsuz əməlləri qabardılmalıdır.
Sahibkarlar bundan imtina edəcəkləri təqdirdə onlara həmin dövlət qurumları tərəfindən ciddi problemlər yaradılacaq. Bu baxımdan sahibkarla deyilənləri yerinə yetirməyə hazır olduqlarını bildiriblər.

Namiq