Araz Əzimovun qabırğası sınıb

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun qabırğası sınıb. SalamNews-un xəbərinə görə, bunu Azərbaycan Diplomatik Akademiyasının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev ADA-da “Azərbaycan və BMT: 20 illik əməkdaşlıq və gələcək perspektivlər” mövzusunda keçirilən konfransda bildirib.

Rektorun sözlərinə görə, A.Əzimov sözü gedən konfransda çıxış etməli idi, lakin qabırğası sındığı üçün üzürlü olaraq konfransa qatılmayıb.