Rusiya Türkiyəni hədələdi

Rusiyadan Türkiyəyə Patriot xəbərdarlığı

Rusiya, Türkiyənin Suriya sərhəddinə yerləşdirdiyi Patriot raket mərmisinə görə xəbərdarlıq edib.

“Azadlıq”-in Reutersə istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç  Türkiyə-Suriya sərhədinə Patriot yerləşdirilməsinin bölgəyə sabitlik gətirməyəcəyini söyləyib.

Türkiyənin hakim partiya sədrinin müavini Hüseyn Çelik mətbuat konfransında çıxışı zamanı bildirib ki, Suriya sərhəddinə yerləşdirilən Patriot raketinin tətiyi Türkiyədə olacaq.