ulduz fali

Günün ulduz falı (23.11.2012)

QOÇ
Adi gün deyil. Gələcəyinizə təsir edə biləcək birilə vacib məsələlərin müzakirəsi məsləhət deyil. Şərikli iş layihələrində problemlər çıxacaq, siz gözlədiyiniz yardımı əldə edə bilməyəcəksiniz. Yaxın ətrafınız da sizi anlamayacaq. Xoşbəxtlikdən yumor hissinizin olmsı və nikbinliyiniz istənilən situasiyadan çıxmaq üçün dadınıza yetəcək.
BUĞA
Istənilən məşğuliyyət üçün əlverişli gündür. Işinizi genişləndirməklə karyeranızı da yüksəldəcəksiniz. Təcrübəliliyiniz ən çətin məsələlərin həllinə yardımçı olacaq. Qonaq qarşılamaq, ailə şənliklərinin keçirilməsi, yaxınlarınızla ünsiyyət üçün münasib gündür.
ƏKIZLƏR
Çox məhsuldar gündür. Bu günə planlaşdırılan bütün işlərin öhdəsindən tez və keyfiyyəli gələcəksiniz. Bu səbəbdən yaxınlarla birlikdə istirahət etmək üçün zamanınız qalacaq. Səyahət (xüsusilə də romantik) yaxşı kçəcək. Ehtimal ki, çoxdankı arzunuz reallaşacaq.
XƏRÇƏNG
Xoş gündür. Yaxşı ideyalar bir-birini əvəz edəcək. Onları reallaşdırmaqla isə həyatınızı yaxşılığa doğru dyişdirəcəksiniz. Romantik səpgili xoş görüş olacağı da istisna deyil. Nikah bağlamaqla bağlı təklif alacağınız da gözlənilir. Bir sözlə, bu gün həm işdə, həm də sevgidə bəxtiniz gətirəcək.
ŞIR
Uzunmüddətli plan tərtib etmək, fikirləşmək üçün münasib gündür. Bürcün nümayəndələri gəlirli iş quracaqlar. Ehtimal ki, vacib sənədə imza atacaqsınız. Bu gün qəbul edəcəyiniz qərarları ailə üzvləriniz də dəstəkləyəcək. Gün təmir işlərinin aparılması və ya yer dəyişimi üçün də münasibdir.
QIZ
Bürcün bəzi nümayəndələrinin hansısa orijinal layihədən gəlirini artırmaq şansı olacaq. Yaxşı bələd olmadığınız adamlarla ünsiyyətdə olmaq sizi yoracaq. Bu gün təkliyə çəkilib özünüzlə baş-başa qalsanız, emosional fonda ruhi tarazlığınızı saxlaya bilərsiniz.
TƏRƏZI
Professional işlərdə, bir sıra cəsarətli başlanğıclarda uğur gözlənilir. Ancaq kənardan yardım amayacağınıza da hazırlıqlı olun. Pul sarıdan çətinliyiniz olacaq və siz bir sıra alınması lazım olanların üstündən xətt çəkəcəksiniz. Adətən, “Tərəzi”lər öz işlrindən çox, başqalarının işini görürlər. Sizin ürəyiyumşaqlığınızdan istifadə edənlərin yolunda enerji sərf edirsiniz.
ƏQRƏB
Bütün çətinliklərə rağmən, siz əlinizə götürdüyünüz işi təxirə salmayacaqsınız. Məqsədə çatmaq üçün məhsuldar gündür. Gün xoş sürprizlər də vəd edir. Bu gün böyük miqyaslı işlərin reallaşdırılması baxımından əlverişlidir. Istəyinizə çatmamağınız üçün sizə mane törədən olmayacaq.
OXATAN
Ətradakılarla aranızda ciddi fikir ayrılığı gözlənilir. Evdə və işdə konfliktlərdən qaçmaq çətin olacaq. Çalışın xırda məsələləri böyütməysiniz. Günün maliyyə mənzərəsi də qeyri-sabit olacaq. Belə ki, siz yaxınlarınızdan qənaət tələb etdiyiniz halda özünüz bədxərclik edəcəksiniz. Riskli eksperimentlərdən uzaq durun.
OĞLAQ
Çətin problemlərlə qarşılaşdığınızı etiraf etmək istəmirsiniz. Özünüzə inam və nikbinlik hissinin güclü olmasıyla uğursuzluqlara dözməyən adamları cəlb edəcəksiniz. Ehtimal ki, məhsuldar əməkdaşlığa başlayacaqsınız. Səyahət etmək, uzaqdan təşrif buyurmuş birilə görüşmək, xarici dil öyrənmək yaxşı olar.
DOLÇA
Riskə getməsəniz, gün uğurlu olar. Işdə anlaşılmazlıq yaşanacaq. Başqalarının səhvi üzündən həyəcanlanacaqsınız. Ehtimal ki, gözləmədiyiniz qonaq gələcək və onun müsafirlik müddəti uzun çəkəcək. Bu gün məişət texnikası almaq məsləhət deyil.
BALIQLAR
Professional sferada işlərinizi yada salacaqsınız. Işdə sənədlərlə bağlı məsələlərdə ehtiyatlı olun. Burada xırda səhv sizə baha başa gələ bilər. Qadınların dediyinə qulaq asın. Onlardan faydalı informsiya almaqla yanaşı mənəvi dəstək də görəcəksiniz. Qiymətli metal əşyalarının alışı üçün əlverişli gündür.