Hadisə nəticəsində ölənlərin olması haqqında məlumat yoxdur
İsrailin paytaxtı Tel-Əvivdə partlayış baş verib. “Reuters” agentliyinin yerli telekanallara istinadən verdiyi məlumata görə, avtobus dayanacağında sərnişin avtobusu partladılıb. Ölənlərin olması barədə hələlik məlumat yoxdur, lakin yaralıların olduğu bildirilir. Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları gəlib. Ərazi blokadaya alınıb.


