ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar bu gün bir neçə siyasi partiya rəhbəri ilə görüş keçirib. Görüşdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə və başqaları iştirak ediblər.
Bu barədə məlumat yayan “musavat.com”un yazdığına görə, tərəflər Azərbaycanda və regionda gedən proseslər, ictimai siyasi durumu müzakirə ediblər.
Bu, Morninqstarın Azərbaycanda səfir təyin olunandan bəri keçirdiyi anoloji üçüncü görüşdür.
Morninqstar müxalifətlə görüşdü
•