Gülə İlham Əliyevin adını verdilər

Ölkə başçısı İlham Əliyev Sinqapura dövlət səfəri çərçivəsində noyabrın 21-də bu ölkənin paytaxtındakı Milli Səhləb Bağı ilə tanış olub. “AzərTac”ın verdiyi məlumata görə, bağın icraçı direktorunun müavini Leonq Çi Çieu dövlət başçısına buradakı nadir bitkilər barədə məlumat verib. Bildirilib ki, Milli Səhləb Bağında yetişdirilən nadir səhləb gülünə İlham Əliyevin adı verilib. Həmin gülün sertifikatı dövlət başçısına təqdim olunub.