Suriya prezidenti Bəşər Əsəd Kuba prezidenti Fidel Kastroya gizli ismarış göndərib. Bu barədə məlumatı yayan Kubanın “Prensa Latina” agentliyi Suriya xarici işlər nazirinin müavini Faysal Mikdadla Kuba prezidentinin köməkçisi Xose Ramon Maçao Venturanın paytaxt Havannada görüşdüyünü qeyd edib. İsmarışın təfərrüatları məxfi saxlanılsa da, görüşdə “xarici müdaxilə olmadan Suriyanın öz müqəddəratını təyin etmək hüququ, son günlər Yaxın Şərqdə baş verənlər, Dəməşq və Havanna arasında münasibətlərin qüvvətləndirilməsi” məsələlərinin müzakirə olunduğu bildirilir.
Suriyada məlum hadisələr başlayandan rəsmi Havana Bəşər Əsəd rejimini müdafiə edib.


