Abbas Abbasovun biznesini “vurdular”

«Milyarderlər ittifaqı»nın rəhbəri Gəncədəki Alüminium zavoduna daha boksit gətirə bilməyəcək

Rusiyada yaradılan Rusiya Azərbaycanlılar Təşkilatları Ittifaqının rəhbəri, baş nazirin sabiq müavini Abbas Abbasovun gəlirli sahələrindən biri əlindən alınıb. Bu barədə “Bizim Yol” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, baş nazirin sabiq müavini Hindistandan Gəncədəki Alüminium Zavod üçün gətirdiyi boksit satışını daha həyata keçirə bilməyəcək. Bu monopoliyadan onun yaxşı gəlir götürdüyü bildirilir. Xəbərin Abbas Abbasova yaxın biznes dairəsi üçün gözlənilməz olduğunu, amma reaksiyasız qarşılandığı bildirilir. Abbas Abbasov bunun səbəbləri barədə araşdırma aparmamağı, gözləmə mövqeyində durmağı tapşırıb.