«Regnum»: “Mətbuatda dərc edilənlərin Prezident Administasiyasından qaynaqlandığı şühbə doğurmur”
Rusiya mətbuatı Azərbaycanın hakimiyyətyönlü KİV-də antiRusiya kampaniyasından yazır. «Regnum»un yazdığına görə, «Rusiya Azərbaycan Təşkilatları İttifaqı» yaranandan sonra Bakı ilə Moskva arasında münasibətlər gərgin həddə çatıb. Bir neçə gün əvvəl Rusiyanın Azərbaycandakı səfəri şimal rayonlara səfər edəndən və separatçı «Sadval» təşkilatının nümayəndələri ilə görüşdən sonra Bakı Moskvaya cavab vermək qərarına gəlib. Azərbaycan KİV-də antiRusiya çıxışları belə niyyətin ilk əlamətləri ola bilər.
«Regnum»un Haqqin.az saytına istinadən yazdığına görə, mətbuatda dərc edilənlərin Prezident Administasiyasından qaynaqlandığı şühbə doğurmur. Bu materialların əsasında isə Kremlin separatçı qüvvələri ayağa qaldırmaq, müxtəlif qüvvələri, o cümlədən «Milyarderlər İttifaqı»nı Bakıya qarşı qaldırmaqdan söhbət açılır. Saytın yazdığına görə, Bakı açıq şəkildə Moskvanı Azərbaycanda stabilliyi pozmaq cəhdində ittiham edir. Bu vaxta qədər hakimiyyətin nəzarətində olan KİV-ər Rusiyanın ünvanına belə kəskin ittihamlar səsləndirməyib. Deməli situasiya artıq o həddə qədər gərginləşib ki, söhbət mümkün açıq konfrantasiyadan gedir. Bakı hesab edir ki, bu məsələdə geri çəkilmək ölümə bərabərdir və var güxü ilə Rusiyanı sıxışdırmaq istəyir və hətta açıq şəkildə hədələyir. Bu qarşıdurmanın nə ilə başa çatacağını demək çətindir. Ancaq nəzərə alanda ki, hakim zümrə üçün hakimiyyətin qorunması mili maraqlardan vacibdir, onda hər bir halda bu qarşıdurma Azərbaycan dövlətinə və xalqına zərbə vuracaq.
Azadlıq.info


