Həkimlər «bayğuş» və «torağay»ların genetik fərqini müəyyən edib, eyni zamanda məlum olub ki, DNT toplusu nəinki yuxu rejimini, hətta ölüm saatını da müəyyən edir.
Gələcəkdə alimlər daha ciddi nəticələrə gələ bilər: məsələn, dərmanları hansı vaxtda qəbul etmək, fərqli genetik əlamətləri olan şəxslərlə nə vaxt işləmək.
Bizim yuxudan oyanmaq vərdişimizə Period 1 geni cavabdehdir. Bir qism insanda onun əsasını adenin (A), bir qismində isə – quanin (G) təşkil edir. Bu barədə Annals of Neurology jurnalına istinadən The Daily Mail nəşri yazır. Nəticədə məlum olub ki, bu əlamətə görə insanlar üç tipə: AA, GG və qarışıq AG bölünür. AA genotipi olan insanlar adi şəraitdə GG genotipli insanlardan bir saat əvvəl, AG genotipli insanlar isə yarım saat əvvəl oyanır.
AA-ın «torağay» doğuması ehtimalı 36%, GG-in «bayğuş» doğulmaq ehtimalı – 16%, AG variasiyası əldə etmək etmək ehtimalı isə – 48%-dir.
Toronto universitetinin doktoru Endrü Lim canlı könüllülər üzərində öz nəzəriyyəsini yoxlayandan sonra ölülərə üz tutub. Burda məlum olub ki, gen ölüm vaxtını da müəyyən edir: AA və AG əksər hallarda səhər saat 11-də, GG isə – axşam 6-da ölürlər. Hələlik bu araşdırmadan praktik nəticə əldə etmək mümkün olmayıb. Ancaq nevroloq Lim məyus olmur: araşdırmaçı Lim məyus olmur. O əmindir ki, gələcəkdə müəyyən olunan genlə onun daşıyıcısınını gündəlik rejimi arasında əlaqəni tapmaq mümkün olacaq. Nəticədə insanlar gündəlik iş, istirahət və müalicələri üçün optimal cədvəl qura biləcək.
“Azadlıq.info”


