cenevre-etiraz

Cenevrədə Əliyevlərə qarşı korrupsiya ittihamı

cenevre-etirazSoydaşlarımız İsveçrədə ayağa qalxdı; Neft pulları bu ölkədəki şirkətlər vasitəsilə yeyilir

Noyabrın 17 də İsveçrənin Cenevrə şəhərində SOCAR Trading S.A şirkətinin qarşısında Beynəlxalq Haqq və Ədalət Assosiasiyasının etiraz aksiyası keçirilib.
Tədbiri giriş sözü ilə açan  Surxan Lətifov  bildirib ki, ARDNŞ nefti məhz İsveçrədə yaratdığı SOCAR şirkətlərinə satır və həmin şirkətlər də, nefti  offşor  şirkətlər  vassitəsilə dünya bazarına çıxarır. Lakin bu prosses qeyri–şəffaf həyata keçirilir və bu alqı–satqı zamanı gəlirin böyük bir hissəsi dövlət büdcəsinə deyil, şəxsi ciblərə gedir.  Xüsusilə də nəzərə alsaq  ki, Azərbaycan hökuməti dünyanın ən korrupsiyalaşmış hökumətlərindən biridir, o zaman neft ixracından əldə edilən gəlirlərin korrupsiya yolu ilə mənimsənilməsi aydın olur.
Daha sonra prof. A.Schaerer çıxış edərək deyib ki, bu gün Azərbaycandakı vəziyyət – demokratiya, insan haqları sahəsindəki pozuntular və korrupsiyanın geniş yayılması beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Xüsusilə də neftdən əldə edilən gəlirlərin mənimsənilməsi ciddi narahatlıq doğrur. O, “neft korrupsiyasında” vasitə kimi istifadə olunan Azərbaycan şirkətlərinin məhz İsveçrədə qeydiyyatdan keçməsinin təəssüf doğurduğunu bildirib və İsveçrə hökumətinə müraciət edərək həmin şirkətlərin fəaliyyətinin təftiş edilməsinin vacib olduğunu qeyd edib.

Daha sonra Beynəlxalq Haqq və Ədalət Assosiasiyasının sədri Qabil Rzayev çıxış edib. O, bildirib ki, Azərbaycanda son 20 ildə iqtisadi, sosial, siyasi və insan haqları sahəsində bu rejimin törətdiyi “cinayət xarakterli əməllər” nəticəsində dövlətçilik ciddi təhlükə ilə üz–üzə qalıb.
“Büdcənin əsasını təşkil edən neft satışında bu iqtidarın həyata keçirdiyi korrupsiya halları Haqq və Ədalət Assosiasiyasını məcbur etdi ki, bu sahədə araşdırmalarla məşğul olub, bunu etiraz aksiyaları ilə dünya ictimaiyyətinin diqqətinə çatdırsın. Biz bəyan edirik ki, ARDNŞ İsveçrədəki SOCAR şirkətlərinə satdığı neftin miqdarı və qiyməti, həmçinin bu zaman alqı–satqıdan əldə edilən gəlirlərin həcmini yayımlamadığı, neft sektorunda şəffaflıq təmin olunmadığı müddətdə mübarizəmizi araşdırmalar, etiraz aksiyaları və beynəlxalq ictimaiyyətin diqqətini bu faktlara cəlb etməklə davam etdirəcəyik”.
Sonda çıxış edən Elnur Məcid də Azərbaycanda insan haqları və demokratiya sahəsindəki mövcud vəziyyətin acınacaqlı olduğunu, bunun üçün indiki hakimiyyətin məsuliyyət daşıdığını deyib. Bildirib ki, hakimiyyət strukturlarının qeyri–legitimliyi ölkədə məsuliyyətsizlik sindromu yaradıb.