z qaralov

Zakir Qaralovun yoxlamaları nəyə hesablanıb?

z qaralovBaş prokuror Mehriban Əliyeva ilə Ramil Usubovun qohumlarının fəaliyyətini təftiş edir

Bir neçə gün əvvəl məlumat yayıldı ki, Baş Prokurorluq bir sıra rayon prokurorluqlarında yoxlamalara başlayıb.
Xəbərdə deyilirdi ki, bəzi rayonlarda rayon prokurorlarının səlahiyyət müddəti başa çatır.
Bu məqsədlə həmin rayon prokurorluqlarında yoxlamalar aparılır. Yoxlamalar zamanı geridə qalmış 5 il ərzində görülmüş işlər araşdırılacaq.
Yoxlamalar Bakının Nəsimi, Xətai, Nizami rayonları da daxil olmaqla 10-dan çox rayonu əhatə edir.
Lakin bəzi məlumatlara görə, bu yoxlamaların arxasında baş prokuror Zakir Qaralovun şəxsi maraqları da dayanır. Xüsusilə Nizami və Xətai rayon prokurorluğunda aparılan yoxlamalar belə izah edilir. Məsələ burasındadır ki, Nizami rayonunun keçmiş prokuroru Mahir Muradovun Bakı şəhər prokuroru, daha sonra baş prokuror təyin ediləcəyi barədə məlumatlar var idi. Bildirilirdi ki, Mahir Muradov Ilham Əliyevin xanımı Mehriban Əliyevanın qohumudur. Onun Bakı prokuroru daha sonra isə baş prokuror postuna gətiriləcəyi də bununla izah edilirdi. Amma gözlənilmədən Mahir Muradov Konstitusiya Məhkəməsinə hakim təyin edildi. Məlumatlara görə, bir müddət sonra o, Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin ediləcək. Zakir Qaralovun “Mahir Muradov təhlükəsi”ndən necə yayındığı bəlli deyil. Amma baş prokurorun onun fəaliyyətini araşdırması ehtiyat tədbiri hesab edilir. Ehtimal edilir ki, Zakir Qaralov hələ də Mahir Muradovu hələ də özünə təhlükə sayır.
Xətai rayon prokurorluğuna gəlincə, baş prokurorun oranı yoxlatdırması daxili işlər naziri Ramil Usubova qarşı addım kimi dəyərləndirilir. Məlumat üçün deyək ki, Xətainin prokuroru Yusif Ildırımzadə Ramil Usubovun qudasıdır.

Namiq