ulduz fali

Günün ulduz falı (18.11.2012)

QOÇ
Bu gün elə hərəkət edəcəksiniz ki, sonradan peşmançılıq çəkəcəksiniz. Qohumlar, dostlar məsləhətlərini əsirgəməyəcək. Ancaq siz yalnız öz bildiyinizi eləyəcəksiniz.
BUĞA
Xoş və maraqlı gündür. Gün dostluq əlaqələrinin möhkəmləndirilməsi, istirahət, idmanla məşğul olmaq baxımından əlverişlidir. Qısamüddətli olmasına baxmayaraq, romantik macəradan böyük zövq alacaqsınız.
ƏKIZLƏR
Gün maraqlı təkliflər və yaxşı xəbərlər vəd edir. Özünüzü yaxşı hiss etdiyiniz kampaniyada işlərinizi və qayğıları unudaraq, xoş gün keçirəcəksiniz. Bu gün müttəfiqlərinizlə yaxşı dil tapacaqsınız.
XƏRÇƏNG
Çox cazibədarsınız, bu da əks cinsin nümayəndələrinin diqqətindən kənarda qalmayacaq. Yeni tanışlıqlar sizi gözləyir. Əgər romantik münasibətə daha ciddi yanaşsanız, sonluq nikahla bitə bilər. Ailədəki mübahisələrə son qoymağa çalışın.
ŞIR
Bugünkü görüş və tanışlıqlara böyük əhəmiyyət verməyə dəyməz. Siz hadisələri tələsdirməklə nəticələrə can atırsınız deyə, illüziyalara qapılırsınız. Nəticədə isə xəyal qırıqlığına uğraya bilərsiniz. O üzdən də yaxşı olar ki, reallıqla hesablaşasınız.
QIZ
Bir az qənaətcil olun. Bu təklif ürəyinizcə deyilsə, onda yeni gəlir mənbələri ətrafında düşünün. Siz, adətən mübahisələrdən qaçmağa üstünlük verirsiniz, bu da sizdə yaxşı alınır. Bürcün ailəli nümayəndələrinin gələcəklə bağlı planları ətrafında, yeni sevgililərin isə münasibətlərdəki liderliyi ələ almaq üstündə mübahisə edəcəkləri gözlənilir.
TƏRƏZI
Ulduzlar bildirir ki, bu gününüzdən maliyyə məsələlərinə aydınlıq gətirmək üçün istifadə edin. Bu məsələdə verəcəyiniz qərarı ətrafdakılar da yekdilliklə qəbul edəcək. Bir sözlə, çalışacaqsınız ki, düşmənlərinizin əlinə yeni kart verməyəsiniz.
ƏQRƏB
Gün ciddi problemlər gətirməyəcək. Yaxınlarla əla münasibət quracaqsınız. Fəal işgüzarlıq göstərməyəcəksiniz, buna görə dərd etməyə dəyməz. Çünki qarşınızda elə bir ciddi öhdəlik yoxdur. Odur ki, planlaşdırdıqlarınızı təxirə sala bilərsiniz.
OXATAN
Bu gün dostları əhatənizə toplayaraq yaxşı şənlik qura bilərsiniz. Gün istənilən görüş üçün əlverişlidir. Yaxşı olar ki, ailə üzvləriniz arasında mübahisələrin yaranmasına yol verməyəsiniz. Bu, göründüyü qədər də çətin iş deyil, amma yorucudur.
OĞLAQ
Günün gedişatı stabil deyil. Əhvalınız həmişəkindən də çox dəyişkən olacaq. Hətta bu dəyişkənliyin səbəbi özünüzə belə, aydın olmayacaq. Uzunmüddətli planlar qurmayın, xüsusilə də bu planın gerçəkləşməsi üçün başqasının zəhməti tələb olunursa…
DOLÇA
Gərgin, çətin və yorucu gündür. Həmişəkindən fərqli olaraq bu gün daha əsəbi olacaqsınız. Bir sözlə, “qaşınmayan yerdən qan çıxarmaq” məsəli bu gününüzə tam uyğun gəlir. Güzəştə getməməklə ən yaxın adamınızı özünüzdən uzaqlaşdıracaqsınız.
BALIQLAR
Müsbət ab-havanın getdikcə itməsi, təbii ki, sevindirici hal deyil. Əgər hansısa işgüzar məsələni müzakirə edəcəksinizsə, o zaman ehtiyatlı olun. Xüsusən də maliyyə məsələlərilə bağlı məsuliyyəti sizin üzərinizə buraxan müqavilələrə imza atmayın.