Cenifer Lopez Türkiyə bayrağına sarıldı

Dünyanın ən məşhur ulduzlarından olan Cenifer Lopez dünya turu çərcivəsində gəldiyi Türkiyədə konsertlərini yekunlaşdırıb. İstanbulda verdiyi 3 günlük konsertinin son günündə dünya ulduzu türklərə jest edib. Belə ki, C.Lopez konsertdə Türkiyə bayrağına sarılıb. Konsertin sonunda o rəqqaslarından birinin gətirdiyi Türkiyə bayrağını qaldırıb və ona sarılaraq konserti bitirib. Minlərlə pərəstişkarının qarşısında çıxış edən JLo konsert boyunca 6 dəfə paltarını dəyişib. Tanınmışların da tamaşaçılar arasında olduğu konsertdə Cenifer Lopez enerjili mahnıları, möhtəşəm rəqsi ilə onu izləyənləri sehirləyib (ans press).