Misirdə dəhşətli qəza:45 insan həlak olub

Misirin nəqliyyat naziri Məhəmməd Rəşad Əl-Matini bu gün ən azı 45 uşağın ölümü ilə nəticələnən məktəb avtobusu ilə qatarın toqquşması nəticəsində baş vermiş ağır yol qəzasından sonra istefa verib.

Trend-in məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı xəbər yayıb. İlkin məlumata görə, ölkənin Asyut vilayətində qatarın məktəb avtobusu ilə toqquşması nəticəsində 45 uşaq həlak olub, doqquz nəfər ağır xəsarət alıb.

Faciə yerli vaxtla səhər saat səkkizdə baş verib. Əvvəlcə əksəriyyəti uşaqlar olmalqa 30 nəfərin həlak olduğu barədə məlumat verilmişdi.

Əldə olunan məlumata gögrə, Qahirə-Asuan marşrutu ilə hərəkət edən qatar Manfalut yaşayış məntəqəsi yaxınlığındakı dəmir yol keçidlərindən birində avtobusla toqquşub.

Faciənin səbəblərinin araşdırılması ilə bağlı vilayət qubernatorunun yanında xüsusi komissiya, habelə həlak olan və yaralanan məktəblilərin valideynlərinə təcili yardım göstərilməsi üzrə komitə yaradılıb.