Paşayevlərdən Mehdiyevə iki zərbə

YAP-ın tənqidi və nazirlərin parlamentə hörmətsizliyinin pərdəarxası

Hakimiyyət daxilində iki nüfuzlu qruplaşmanın – Paşayevlər və Naxçıvan klanı arasında ziddiyyətlərin olması barədə dəfələrlə yazılıb. Paşayevlərin hədəfi Naxçıvan klanının əsas söz sahiblərindən olan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevi zərərsizləşdirmək və bundan sonra hakimiyyət iddialarını reallaşdırmaqdırsa, qarşı tərəfin niyyəti iqtidarın ikinci soyadını sıxışdararaq hegemonluğunu saxlamaqdır.
Son baş verən iki hadisə də bu iki qruplaşma arasındakı ziddiyyətlərin təzahürü hesab edilir. Söhbət ANS-in aparıcısı Mirşahin Ağayevin hakim Yeni Azərbaycan Partiyasının tənqid etməsi və bəzi nazirlərin parlamentə sayğızsızlıq göstərərək büdcə müzakirələrinə qatılmamasından gedir. “Azadlıq”a daxil olan məlumatlara görə, Ramiz Mehdiyevin komandası hesab edir ki, hər iki hadisənin ssneraisi Paşayevlərin “mətbəx”ində cızılıb. Məsələ burasındadır ki, YAP Ramiz Mehdiyevin nəzarətindədir. Paşayevlər uzun müddətdir ki, hakim partiyanın PA rəhbərinin inhisarından çıxarmaq istəyirlər. Bunun fonunda Mirşahin Ağayevin YAP-ı tənqid atəşinə tutması Paşayevlərə xidmət kimi qiymətləndirilir. Ramiz Mehdiyevin komandası hesab edir ki, ANS-də YAP-ın tənqidi yüksək səviyyələrdə razılıq olmadan baş tuta bilməz.
Ikinci hadisəyə gəlincə, büdcə müzakirələrinə qatılmayan nazirlərin bir çoxu Paşayevlərin komandasına daxildir. YAP-çı deputatların, xüsusilə hakim partiyanın icra katibi Əli Əhmədovun həmin nazirləri sərt şəkildə tənqid etməsi bundan irəli gəlir.

Namiq