Noyabrın 17-də paytaxtın Fəvvarələr meydanına təyin olunan mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
Azərbaycan Demokrat Partiyası Gənclər Təşkilatının sədri Cəmil Hacıyev “Media forum” saytına bildirib ki, təşkilatçılar noyabrın 16-sı saat 17:30-da Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini polkovnik Səhlab Bağırovla görüşə gedəcəklər: “Görüşə mən, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və AXCP fəalı Məmməd İbrahim gedəcəyik”.
Bir qrup gənc fəal və ictimaiyyət təmsilçisi noyabrın 17-si saat 15-ə Bakının Fəvvarələr meydanına mitinq təyin edib. Planlaşdırılan aksiyanın əsas tələbi parlamentin buraxılması, yeni parlament seçkisinin keçirilməsidir.
Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya icazə verməyib.


