İlham Əliyev – boyunduruq buyruqçusu II

 Ölkəni bürüyən, getdikcə genişlənən özünüöldürmələrlə (ərəbcə “intihar”) bağlı prezidentə “bu cür halların qarşısının alınması üçün icra mexanizminin gücləndirilməsi…” istəyi ilə başvuruda bulunan qrant-mrant adamları bilməmiş olsalar da, bilməlidirlər: getdikcə geniş yayılan belə bir görsənişin – özünüöldürmə faktlarının qarşısını hansısa “icra mexanizmini gücləndirməklə” almaq olmaz. Bu, ölkədə geniş yayılmış qanunsuzluq, özbaşınalıq kimi görsənişlərin doğurduğu mənəvi-psixoloji aşınmalardan, dövlətə, dövlət hakimiyətinə, eləcə də yarınkı günə inamsızlıqdan yaranan görsənişdir. Sağlam, psixi sorunu olmayan adamlar özlərini elə-belə öldürmürlər, yalnız dözüm limiti tükənəndə öldürürlər.
Birinci, əliyevçi “icra mexanizminin” özü xalqı bu yerə – özünüöldürməyə gətirib çıxarmış mexanizmdir. Ikinci, bu mexanizm kimlərinsə çağırışına uyğun olaraq özünüöldürmə sürəcinin qarşısını almağa çalışsa belə, gərəkən sonuc alınmayacaq. Sürəci durdurmağın, ona bütünlüklə başqa xarakter verməyin yolu bütünlüklə başqadır. Bunun üçün hakimiyətin yönətim fəlsəfəsi dəyişməli, çoxillik qırıcılıq-dağıdıcılıq fəlsəfəsindən quruculuq-yaradıcılıq fəlsəfəsinə keçilməlidir. Bu isə indiki siyasi sistemlə, indiki siyasi kadr konfiqurasiyası-kadr bazası ilə, indiki siyasi liderliklə baş tutacaq iş deyil. Bizim ölkəmizə köklü dəyişiklik gərəkdir. Milli demokratik başlanğıcla sosial birgəlik – sosial demokratiya axarına aparan dəyişiklik!
Başında düzgünlükdən uzaq kimsələrin durması üzündən duzgünlük yolundan sapmış, yolsuzluq yolunun yolçusuna çevrilmiş ölkə xalqının əqrəbə dönüb özünü öldürməsi – özlük soyqırım, özlük soyqırım faktı qaçılmaz sosial görsənişlərdən sayılmalıdır. Qabaqca ayrı-ayrı ailələrdə ayrı-ayrı adamlar özlərini öldürürdülər, indi təkbaşına ölümlərdən qrup ölümlərinə keçilib – ailələrdə qırğın gedir. Bunu gündəlik kriminal bilgilərdən açıq görmək olur. Polislər, hüquq işçiləri bunu eləcə “kriminogen durumun pisləşməsi” adlandırırlar. Adlandırırlar, ancaq işin kökünə gedən, getdikcə pisləşən, daha doğrusu, kəskin xarakter alan kriminogen durumun başlıca qaynağını, başlıca nədənini göstərən yoxdur.
19 ildən bəri bəlli bir ailənin, ona bağlı bəlli bir çevrənin yolsuzcasına ağalığı – rüşvətin, korrupsiyanın, oğurluğun, soyğunçuluğun, monopoliyanın DÖVLƏT SIYASƏTINƏ çevrilməyi ölkədə kəskin milli-mənəvi-psixoloji aşınmalara gətirib çıxarıb: kriminogen durumun KƏSKIN pisləşməyinin başlıca nədəni budur! Rüstəm Ibrahimbəyov bir çıxışında bir neçə fraza ilə Azərbaycandakı sosial-siyasi durumun anatomiyasını açır: “Azərbaycanda milyarder olmaq çox asandır. Burada milyarder olmaq üçün hakimiyətlə qohum olmalısan. Bir vəzifə alırsan, başlayırsan oğurluğa – olursan milyarder”. Bu, heydərizmin sozial-siyasi portretidir. Ardını mən yazıram: beləliklə, ölkədə minlərlə, milyonlarla adamın gələcəyə, gəlişməyə, varlanmağa inamı itir; gerçək dövlətdən, gerçək dövlət hakimiyətindən, bu hakimiyətə bağlı hüquq-məhkəmə sisteminin düzgünlüyündən bütünlüklə əli üzülən xalq getdikcə öz içinə çəkilərək geniş epidemiya xarakteri alan DEPRESSIYAYA, bundan daha ötəsi, çıxış yolu görünməyən DEPRESSIYA BURULĞANINA düşür!..
Platon deyirdi: “Düzgünlükdən önə nəsə qoyma!? Əliyevlər rejimində başda ƏYRILIK durur. Sonra əyriliyin qohum-qardaşları, qol-budaqları gəlir. Gün batır, axşam olur, sıra gəlib düzgünlüyə çatmır. Aradan, demək olar, 20 il ötüb, sıra hələ də düzgünlüyə çatmayıb. Yaxınlarda Çexiyada Əliyevlərlə yanaşı, şeyxülislam A.Paşazadənin də oğurluq mülkləri ortaya çıxdı. Demək, dinlə çulğaşmış bu rejimdə düzgünlüyün gələcəyinə inanmaq olmaz!