Rusiya Baykonuru itirə bilər

Qazaxıstan kosmodromun icarəsini dayandırmaq barədə düşünür

Qazaxıstan Rusiyanın kosmosa çıxışını məhdudlaşdıra bilər. Artıq bu ölkədə Baykonurun icarəsinin dayandırılması barədə düşünürlər. «İnterfaks»ın məlumatına görə, bu məsələ bəlkə də ekspert komissiyası tərəfindən həllini tapıb, sadəcə siyasi iradə tələb edir. Görünür Qazaxıstanın baş naziri Serik Axmetovun bu günlərdə Baykonura getməsi də bununla bağlı olub.
Rusiya ilə Qazaxıstan arasında Baykonur şəhərinin və eyni adlı kosmodromun 2050-ci ilə qədər icarəsinə dair razılaşma mövcuddur. Bu xidmətlərə görə RF ildə 115 mln. dollar ödəyir. Bundan əlavə kosmodromun istifadəsi və infrastrukturla bağlı xərclər ildə 5 mln. rubl təşkil edir.

“Azadlıq.info”