Misir ABŞ-ı köməyə çağırdı

Misirin Xarici İşlər Nazirliyi ABŞ-ı İsrailin Qəzzaya təcavüzünü dayandırmağa çağırıb. Misir XİN-in bəyanatında deyilir: “ABŞ Qəzzada xalqa edilən təzyiqi dayandırmaq üçün dərhal müdaxilə etməlidir”.
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner isə məsələ ilə bağlı bildirib ki, Vaşinqton Fələstində insan itkilərinin qarşısını almaq üçün İsraillə danışıqlara başlayacaq.