«Ramin Nağıyev öz yazısı ilə təsdiq edir ki, Mahiri oğurlayan adamlardan – Kazımovlardan pul alaraq oğruların sifarişini yerinə yetirir»
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevi MTN-nin xüsusilə mühüm işlər üzrə sabiq müstəntiqi Ramin Nağıyevin iddialarına cavab verib. Elşad Abdullayevin “Azadlıq”a ünvanladığı cavab məktubunda bildirib ki, Ramin Nağıyevin söylədikləri həqiqətə uyğun deyil: “Ramin Nağıyev məqaləsində adlarını çəkdiyi şəxslərlə birgə fəaliyyət göstərir, hamısı da bir mərkəzdən idarə olunur. Onlar mənə qarşı neqativ əməllərinə görə Strasburq polisində cavab verməli oldular, məqsədləri mütəşəkkil cinayətkar təşkilatı gizlətmək, Müstəqil Istintaq Komissiyasını və xalqı yanlış istiqamətə yönəltməkdir.
Ramin Nağıyevin məqalədə adını çəkdiyi özünü Strasburq Konsulluğunun aşpazı kimi təqdim edən Əliheydər Ağayev Yasamal rayonunda orta məktəbdə keçmiş deputat Gülər Əhmədova və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qızının qaynı “KQB” polkovniki Fikrət Əliyevlə ilə birlikdə oxuyublar. Sonradan mənə məlum olan Strasburqda Azərbaycan diasporu – Azərbaycan Mədəniyyət Evinin sədri iqdırlı Mustafa Alınca keçmiş deputat Gülər Əhmədova ilə ailəvi “dostluq” edir. Hadisələrin gedişindən bizə bəlli oldu ki, Ramin Nağıyevin bu adamlarla qarşılıqlı əlaqəsi var. Xüsusilə, əlindəki kompromatlardan istifadə edərək Arzu Kazımovla “sıcaq” əlaqələr yarada bilib. “KQB” polkovniki Ramin Nağıyev 05.X.2011 il tarixində mənim e-mail ünvanıma yazırdı :”Ya jdu video kotoroe tı mne obeşal. Poka ya ee ne poluçu, nikakoqo razqovora mejdu nami ne budet.
Zavtra posledniy den koqda “Azadlıq” napeçataet pro tebya statyu. Posle etoqo ni odna qazeta v “Azerbaydjane ne budet peçatat stati v tvoyo polzu. Naoborot vse SMI v Azerbaydjane budut peçatat kompromat protiv tebya. Tem bolee çto Kazimovı i druqie v otliçii ot tebya platet za eto bolşie denqi. Tak çto sam vıbiray!!!”.
Brincisi, yazıdan göründüyü kimi biz bir il öncə Ramin Nağıyevə DIN-in 7-ci Idarəsinin əməkdaşı Rövşən Abbasquliyevin Mahirin Banditizm Idarəsi tərəfindən oğurlanması haqqında 15.X.2003 il tarixli danışığımızı göndərdik. Lakin, Ramin Nağıyev bir il müddətində həmin vidieo görüntüləri mətbuatda və “Youtube”də yerləşdirmədi və həmin vidieo görüntülərlə maraqlı tərəfləri, adam oğrularını təhdid edib pul alırdı, bizə də yalan məlumatlar verirdi. Bakıdan da bizə etibarlı mənbələrdən Ramin Nağıyevin “fəaliyyəti” haqında məlumatlar gəlirdi. Həmin andan bizə xəyanət edən “KQB” polkovniki Ramin Nağıyevlə bütün əlaqələri kəsməli olduq. Ikincisi, email ünvanıma gələn yazıdan göründüyü kimi “KQBşnik” Ramin Nağıyevin yazısında da qeyd edilən Kazımovlar adı Mahir Abdullayevi geri qaytarmaq üçün notarial qaydada məndən yazılı pul alan Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin təşkilatçısı Kazımov Arzu Firudin oğlu , Kazımov Nizami Firudin oğlu qardaşları və oğlu polis rəisi Zaur Kazımovdur . Ramin Nağıyev bir daha öz yazısı ilə təsdiq edir ki, Mahiri oğurlayan adamlardan – Kazımovlardan pul alaraq oğruların sifarişini yerinə yetirir, bu adam üçün fərqi yoxdur təki pul olsun, belələri Hacı Məmmədovdan da təhlükəlidir!!!”.