Deputatın «cərimə əməliyyatı»

Rəfael Cəbrayılovun icazəsiz aksiyalara görə cərimələrin artırılmasında marağı nə olub?

Bir müddət əvvəl Milli Məclisdə icasiz aksiyalarla bağlı cərimələrin artırılması müzhakirə edildi. Bu layihəni parlamentə təqdim edən deputat Rəfael Cəbrayılov idi.
Sözügedən müzakirələrdən az keçməmiş məlumat yayıldı ki, “Bank Nikoil” deputatı və qohumlarını məhkəməyə verib.
Deputat və qohumlarının məhkəməyə verilməsi kredit müqaviləsi ilə bağlı olub.
“Bank Nikoil” iddiasında kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməklə ödənilməsi tələb olunub. “Bank Nikoil” iddia ərizəsində borcun ümumi məbləğini 879 618 min manat (1,1 milyon ABŞ dolları) göstərib. Binəqədi Rayon Məhkəməsi iddianı qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsi aktı qismən ləğv edib və yeni qətnamə qəbul edib.
Işə Ali Məhkəmədə baxılacaq.
Rəfael Cəbrayılov da məlumatı təsdiqləyib. Xatırladaq ki, 2010-cu il parlament seçkiləri ərəfəsində “Azadlıq” məlumat yaymışdı ki, Rəfael Cəbrayılovun banklardan birinə külli miqdarda borcu var. O, ciddi-cəhdlə yenidən deputat mandatına yiyələnib bu məsələni səlahiyyətlərindən itifadə edərək həll etməyə çalışır.
Bu günlərdə isə məlumat almışıq ki, icazəsiz aksiyalarla bağlı cərimələrin artırılmasının qızğın tərəfdarı olan və bu layihəni parlamentə təqdim edən Rəfael Cəbrayılov bununla hakimiyyət jest etmək və borc probleminin bu yolla həllinə nail olmaq istəyib. Rəfael Cəbrayılovun jesti artıq bəhrəsini verib. “Nikoil Bank”ın Ali Məhkəməyə kassasiya şikayəti təmin edilməyib.