Britaniyada toyuq səkkizə qədər sayır (VİDEO)

Böyük Britaniyada ağır zədədən sağalan toyuq saymaq öyrənib

Çanaq sümüyü sındığına görə quşçuluq fermasından uzaqlaşdırılan toyuq öz sahibini riyazi bacarığı ilə heyrətləndirib. Artıq səkkizə qədər sayan toyuq bacarığını artırmaqdadır. The Daily Mail nəşrinin məlumatına görə, toyuğun sahibi əvvəl ona Cey-Cey adı versə də, sonradan riyazi bacarığına görə adını dəyişərək bu sahədə istedadı ilə tanınan teleaparıcı Kerol Vordermanın adı ilə adlandırıb.
Toyuğun sahibi ona saymağı oyun kartları ilə öyrədib. Əvvəl tuz işarəsi olan kartı göstərib əli ilə bir dəfə ona vurandan sonra toyuq eyni hərəkəti təkrarlayıb. Daha sonra kartda işarələrin sayı artdıqca toyuq kartı eyni sayda dimdikləyib. Beləliklə altı həftə ərzində artıq bu bacarıqlı toyuq səkkizə qədər saya bilir.

“Azadlıq.info”