Tatarıstan konstitusiyasının qəbul edilməsinin iyirminci ildönümündə respublikanın birinci prezidenti Mintimer Şaymiyev bəyan edib ki, Putin kontitusiyanı pozmağa son qoymalıdır.
Bu barədə «Die Welt» məlumat yayıb. Müəllifin sözlərinə görə, Şaymiyev ədalətli seçildiyi ilə fəxr edir, Putinin «hakimiyyət xəttindən» narazılığını gizlətmir. Görünür Tatarıstanın ilk prezidenti müsəlman cəmiyyəti ilə pravoslavlar arasında tarazlığı qoruyub saxlaya bilib. Şaymiyevin sözlərinə görə, «Vahid Rusiya»nı «imperiya həsrəti» hərəkətə gətirir. Federesiya subyektlərinin hüquq və səlahiyyətləri sistematik olaraq pozulur. Bu da zəhmət hesabına əldə edilən stabillik üçün yaxşı heç nə vəd etmir. Müəllif bu fikirlərdə xəbərdarlığın olduğunu deyir: «cənubda yaşayan müsəlmanlar pravoslavlığın dövlət kilsəsi olmasını inamsızlıqla müşahidə edir». Sonda müəllif qeyd edir ki, Qərb Rusiyanın orta sinfinin və Pussy Riot-ın etirazını izləyir. Proses hələ başa çatmayıb. Ancaq cənubdan gələn xəbərdarlığa daha ciddi yanaşmaq lazımdır.
“Azadliq.info”


