Noyabrın 13-də Milli Məclisdə 2013-cü ilin dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılıb. İclasda baş nazir Artur Rasizadə, nazirlər, dövlət komitələrinin sədrləri iştirak edirlər.
2013-cü ildə dövlət büdcəsinin gəlirləri 19 milyard 154 milyon manat proqnozlaşdırılır. Gəlirlərin 11 milyard 350 milyon manatını Dövlət Neft Fondundan transfertlər, 6 milyard 400 milyard manatını Vergilər Nazirliyinin, 1 milyard 380 milyon manatını Gömrük Komitəsinin xətti ilə, 0,1 faizini isə digər daxilolmalar təşkil edəcək.
2013-cü il dövlət büdcəsinin xərcləri 19 milyard 810 milyon manat proqnozlaşdırılıb. Xərclərin 50,3 faizi cari, 45,8 faizi əsaslı xərclərə, 3,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.


