ak-vitseprezident-neeliekroes

Avropa Komissiyasının vitse-prezidenti Əliyevi ifşa etdi

ak-vitseprezident-neeliekroes“Azərbaycan prezidenti siyasi məhbuslarla görüşməyimə imkan vermədi”

Neelie Kroes: “İnternet Forumu adətən radikal dəyişikliklərin impulsu olur. Tunisdə və  Misirdə bu Forum keçirilən il baş verənləri xatırlamaq yetərlidir”

Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroes qurumun rəsmi saytında yerləşən bloqunda Azərbaycana səfəri ilə bağlı məqalə yazıb. Kroes qeyd edib ki, o, Azərbaycandan ötən həftənin sonunda geri dönüb, ona görə də insan haqqları məsələləri onun ağlından çıxmır.
Xanım Kroes yazır:
“Bu həftə Azərbaycandan geri döndüm. Orada insan haqları ilə bağlı vəziyyət məni çox düşündürür.
Avropa Birliyi yalnız vahid bazar və sülhün təminatçısı deyil, həm də fundamental haqların qorunduğu məkandır. Biz vətəndaşlar üçün bu haqları qoruyur və xəzinə kimi saxlayırıq.
İnternet də yalnız texnoloqiyaların məcmuəsi və ya biznes imkanları üçün yer deyil. İnternet- azadlığın yeni sərhədidir.
Mən bu həftə ərzində Azərbaycanın prezidentinə və ölkənin internet icmasına məhz bu mesajı ötürməyə çalışdım.
Bu kiçik ölkənin çox qeyri-adi keçmişi və indiki zamanı  var – İran və Rusiyanın arasındadır, iki bir-birindən ayrı çoğrafi hissəyə malikdir, neft və qaz ilə zəngindir. Ölkənin heyranedici sənətkarları, həmçinin azadlıq və demokratiyaya narahatedici münasibət bəsləyən hakimiyyəti var.
Mən bilirdim ki, Bakida keçiriləcək İnternet İdarəçilik Forumunda iştirak etməliyəm. Belə ki, orada bir çox jurnalist, bloqçu və insan haqlari müdafiəçiləri ilə faydalı görüşlərim oldu.
Bu Forum adətən radikal dəyişikliklərin impulsu olur. Çünki vətəndaşlar haqlarına inananda, daha çox azadlıq tələb edirlər. Tunisdə və  Misirdə bu Forum keçirilən il baş verənləri xatırlamaq yetərlidir.
Digər tərəfdən isə ölkə prezidenti mənə siyasi məhbuslarla görüşməyə imkan vermədi. Aktivistlər forum vaxtı təzyiqə məruz qaldılar. Müşavirlərimin kompüterlərinə müdaxilə olundu. Budur şəffaflıq?
Azərbaycanın reallığı çox qəddardır. Mediya bir çox məhdudiyyətlə üz-üzədir. Söz azadlığı demək olar ki, cinayət hesab olunur. Jurnalistlərə qarşı davamlı zorakı hücümlar baş verir.
Əslində, bu il keçirilən “Evrovizion” yarışmasından öncə Azərbaycan höküməti mətbuat azadlıqlarını təmin edəcəyinə  söz vermişdi, amma vəziyyət daha da ağırlaşdı. Mən açıq formada bildirdim ki, bu vəziyyət qəbuledilməzdir.
Avropada heç kəs öz düşüncələrinə və ya “Youtube” portalına yerləşdirdiyi videolara görə həbsə atılmır. Azərbaycanda isə internet hər iki tərəf kəsən qılınc kimidir. Qonşuları Türkiyə və İrandan fərqli olaraq Azərbaycanda hamının internetə çıxış imkanı var, ancaq hakimiyyətin xoşuna gəlməyəcək tərzdə istifadə edənləri cəza gözləyir”.
Neelie Kroesin Azərbaycandakı vəziyyəti təsvir edən bloq yazısına dünyanın ən nüfuzlu nəşrlərindən biri olan “The Washington Post” da yer verib.