Türkiyədə helikopter qəzası: 17 əsgər şəhid oldu

Türkiyənin Siirt şəhərinin Pervari qəsəbəsinin düzənlik hissəsində Türkiyə Jandarm Qüvvələrinə məxsus “Sikorski” tipli helikopter qəzaya uğrayıb. “Habertürk”ün verdiyi məlumata görə, hadisə nəticəsində helikopterdə olan 17 əsgər şəhid olub. Yaralılar isə xəstəxanaya çatdırılıb. Siirt valisi Ahmet Aydın da xəbəri təsdiqləyib (lent.az).