Mərkəzi Afrika Respublikasının prezidenti oğlunu həbs edib

Mərkəzi Afrika Respublikasının prezidenti Fransua Bozize mehmanxanada hesabı odəməyən oğlunun həbsinə sərəncam verib.
«Azadlıq.info»nun BBC-ə istinadən verdiyi xəbərə əsasən, yerli polisin məlumatına görə, ölkə başçısının oğlu paytaxt Banqidə beş ulduzlu oteldə keçirdiyi bir neçə gecəyə görə 13 min dollar məbləğində olan hesabı ödəməyib.

Prezident həmçinin xəbərdar edib ki, mehmanxanada hesabı ödməkədən imtina edən bütün rəsmi şəxslər məsuliyyətə cəlb ediləcək.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı şahzadəsi Maxa Al-Sudaini bu ilin iyun ayında Parisin «Şanqri-la» otelində 6 mln. avro borcunu ödəmədən qaçmağa cəhd etmişdi. Nəticədə mehmanxana işçiləri polis çağırmalı olub.