Qrafoloqların fikrincə, Obamanın xətti onun ikinci müddətə seçilməsinə görə minnətdar olduğu xasiyyətinin cizgilərini əks etdirir.
Özünü E.M. kimi təqdim edən jurnalist İspaniya kalliqrafiya və qrafologiya ekspertləri kollegial assosiasiyasının sədri Nuriya Pereyranın hesabatından sitat gətirir.
«Anadangəlmə diplomat, qətiyyyətli xarakter, yüksək intellektual səviyyə, ancaq eyni zamanda dərin düşüncə ilə hərəkətini uyğunlaşdıran fəaliyyət sahibidir» – Pereyra hesabatında bildirib. Ekspert xüsusi qeyd edir: Obama solaxay olsa da, həriflər bir qədər sağa əyilir, bu da sağ əli ilə yazanlara xasdı.
«B» hərfinin konturu bu adamın rahat uyğunlaşdığını, «O» hərfi isə – cəsurluq, qətiyyət və şarm, həmççinin hisslərinə nəzarət etmək bacarınğından xəbər verir.
Sonda müəllif vurğulayır ki, böhranın bürüdüyü dünyada yalnız Obamanın imzası nikbinliyinin kiçik işartısıdır.
“Azadliq.info”