Mətanət İsgəndərli həbs ediləcək

Sübut və dəlillərin toplanmasına start verilib

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin müraciətindən sonra prezident Ilham Əliyevin göstərişi ilə yaradılan Müstəqil Istintaq Komissiyasının fəaliyyəti nəticəsində onun qardaşı Mahir Abdullayevin işi ilə əlaqədar bir necə şəxs həbs edilib.
“Olaylar”a daxil olan məlumata görə, sözügedən cinayət işində əlaqəsinin olduğu bildirilən müğənni Mətanət Isgəndərlinin də həbsi reallaşacaq. Artıq bu istiqamətdə sübut və dəlillərin toplanmasına start verilib. Xatırladaq ki, Elşad Abdullayev mətbuata açıqlamasında qardaşı Mahir Abdullayevin məhz müğənni Mətanət Isgəndərlinin evindən oğurlanması barədə bilgi vermişdi. O, hətta bununla əlaqədar müğənninin evində araşdırma aparıldığını da bildirmişdi. E.Abdullayevin əldə etdiyi dəlilləri MIK-ə təqdim etdiyi bildirilir.