Bakı Metropoliteni bütün mövcud və tikilməkdə olan stansiyaları pulsuz internetə çıxışla təmin etmək niyyətindədir.
“Trend”in məlumatına görə, bu barədə jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov açıqlama verib.
Tağı Əhmədov bildirib ki, metroda internetə çıxışın təmin olunmasını bundan əvvəl mobil rabitənin təmin edilməsi kimi, zaman və bu xidmətlərə olan tələbat zəruri edir.
“Habelə, bu gün (dünən-red.) 5,5 milyardıncı sərnişin qeydiyyata alınıb və ona ömürlük istifadə edə biləcəyi kart təqdim edilib. O, paytaxtdakı ali məktəblərdən birinin tələbəsidir”, – deyə Tağı Əhmədov bildirib.
Metroda pulsuz internet olacaq
•


