rovnaq

Rövnəq Abdullayev Gürcüstan parlamentinə de-marş edir

rovnaqARDNŞ rəhbəri Gürcüstanda benzin və təbii qazın qiymətlərinin aşağı salınmasına qarşı hərəkətə keçib

Məlum olduğu kimi, Gürcüstanın yeni baş naziri Ivanişvili enerci tariflərinin aşağı salınacağını deyib. Baş nazirin sözlərinə görə, onun komandası artıq tarif siyasətinə yenidən baxmaq üzərində işləyir: “Hakimiyyətə gələndən dərhal sonra biz tarif siyasətinə yenidən baxmağı qərara aldıq. Artıq bilirik ki, Gürcüstan Azərbaycandan nə qədər havayı qaz alır, kommersiya qiymətləri ilə hansı miqdarda qaz alınır. Əvvəlki hakimiyyətə bağlı şirkətlər tarifləri süni şəkildə artırıb, biz məsələni araşdırırıq və nəticələr barədə ictimaiyyətə məlumat verəcəyik”.
ARDNŞ  Gürcüstanda  “SOCAR Energy Georgia” şirkəti ilə təmsil olunur. Məlumata görə, “SOCAR Energy Georgia” öz törəmə şirkəti “SOCAR Georgia Petroleum” vasitəsilə hər ay Gürcüstana 15 min tondan çox benzin, 20 min ton dizel yanacağı və 5 min ton digər neft məhsulları ixrac edir.
Tarif siyasətinə yenidən baxılması isə Gürcüstanda benzinin və təbii qazın qiymətlərinin aşağı salınmasına gətirib çıxara bilər. Gürcüstandakı qaynaqlardan “Azadlıq”a daxil olan məlumata görə, artıq ARDNŞ bunun qarşısını almaq üçün hərəkətə keçib. Gösətrişin isə birbaşa Rövnəq Abdullayevdən gəldiyi deyilir.
Söhbət ondan gedir ki, bu ilin sonunacan Gürcüstan parlamentində bu məsələnin müzakirəsi başlayacaq. Həmin müzakirlərə qədər isə ARDNŞ necə deyərlər lobbiçilik fəaliyyətinə başlayıb. Mənbənin verdiyi məlumata görə, həm “SOCAR Energy Georgia”, həm də Bakıdan, ARDNŞ-dən hakim “Gürcü arzusu” blokunda təmsil olunan bəzi deputatlarla təmaslar başlayıb. Həmin təmaslarda deputatlardan tariflərin aşağı salınmasına qarşı mövqe sərgiləmək xahiş edilir.
Mənbənin məlumatına görə, deputalarla təmas qurmaqda vasitəçilərdən biri də Gürcü arzusunun siyahısında Borçalıdan seçilmiş bir deputatdır. Biz həmindeputatın adını da bilirik. Sadəcə bəzi dəqiqləşdirmələrə ehtiyac duyduğumudan ad çəkmirik.
Mənbənin məlumatında o da deyilir ki, deputatlara müəyyən vədlər, şrinikləndirici təkliflər də edilir. Bu prosses isə məsələ parlamentdə müzakirəyə çıxarılanacan bitməlidir.

Informasiya şöbəsi