“AzNews.az” saytının yaydığı məlumata görə, Gülər Əhmədovanın Azərbaycan Beynəlxalq Hava Yolları Konserninin gömrük məntəqəsinin karqo bölümündə işləyən Vuqar adlı qardaşı işindən çıxarılıb. Sayta informasiyanı verən mənbə onu da qeyd edib ki, artıq bir müddətdir ki, G.Əhmədovanın qardaşı işə çıxmır.
Məlumatın nə dərəcədə həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün Azərbaycan Beynəlxalq Hava Yolları Konserninin mətbuat xidmətinin rəhbəri Məhərəm Səfərli ilə əlaqə saxladıq. M.Səfərli Konserninin gömrük məntəqəsinin Azərbaycan Beynəlxalq Hava Yollarına deyil. Gömrük Komitəsinə tabe olduğunu bildirdi və informasiya almaq üçün məhz bu instansiyaya müraciət etməyi məsləhət gördü.
Cəhdlərimizə baxmayaraq Gömrük Komitəsindən sualımıza cavab ala bilmədik.
G.Əhmədovanın özü ilə telefon əlaqəsi saxlayaraq sualımıza cavab almaq istəsək də, bir nəticə hasil olmadı. Belə ki, G.Əhmədovaya məxsus telefon nömrəsinə zəng vursaq da dəstəyi götürən bəy yanlış nömrəyə zəng vurduğumuzu bildirdi.
azadliq.info


