Başçı müavinini işdən qovdu

Gəncənin icra başçısı yeni işə götürdüyü bir neçə məmuru vəzifəsindən azad etdi

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev birinci müavini İlham Əliyevi vəzifəsindən azad edib. Gəncədəki mənbələrdən Moderator.az-a daxil olan məlumatda bildirilir ki,  icra başçısının bu addımına səbəb İlham Əliyevin onun tapşırıqlarına zamanında əməl etməməsi olub. Elmar Vəliyev müavinini işdən azad etməsi barədə qərarını isə yerli rəhbərliyin ümumi toplantısında elan edib və onu zaldan qovub. Məlumatda o da bildirilir ki, Elmar Vəliyev birinci müavini ilə yanaşı daha bir neçə vəzifəli şəxsi işindən azad edib.

Onu da qeyd edək ki, İlham Əliyev və işindən azad olunan digər şəxslər çalışdıqları vəzifə yə yeni təyinat almışdı.