AXCP sədri Obamanı təbrik etdi

“Azərbaycan xalqı ölkəmizdə demokratiyanın bərqərar olunmasında Sizin diqqətinizə ehtiyac duyur”

AXCP sədri Əli Kərimli ABŞ prezidenti Barak Obamanı ikinci dəfə seçkilərdə qalib gəlməsi münasibəti ilə təbrik edib. Təbrik məktubunda deyilir:
«Azərbaycan xalqı Sizin qələbənizdən çox məmnundur. 1992-93-cü illərdə AXC hakimiyyəti dövründə biz Azərbaycan-ABŞ əlaqələrinə strateji münasibətlər kimi ciddi önəm vermişik. Biz indii də eyni mövqeydən çıxış edirik. Hazırda təəssüf ki, Azərbaycanda anti-demokratik rejim mövcuddur.
Azərbaycan xalqı 1918-1920-ci ildə Şərqdə, müsəlman dünyasında ilk demokratik dövlətin qurucusudur. Xalqımız indi də demokratiya uğrunda mübarizə aparır, Əliyev rejimi isə bu mübarizənin qarşısını zorakı üsullarla alır. Azərbaycan xalqı ölkəmizdə demokratiyanın bərqərar olunmasında Sizin diqqətinizə ehtiyac duyur. Ümidvarıq ki, ABŞ bundan sonra da dünyada demokratik ideyalların yayılmasının, sülhün və çiçəklənmənin dəstəkçisi rolunda çıxış edəcək.
Ümid edirik ki, Siz mövcud imkanlardan istifadə edərək Dağılıq Qarabağ konfiliktinin həll olunmasına kömək göstərəcəksiniz. Bu uzunmüddətli münaqişə nəticəsində bir milyona yaxın soydaşımız öz doğma torpaqlarından qaçqın düşüblər. Hazırda Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal altında saxlanılır ».

İnformasiya şöbəsi