Əliyevin qudası Cenifer Lopes, Robert De Niro, Nobu Matsuxisa, Dcanvito Rossi, Cuzeppe Santoniyə 20 milyondan çox pul xərcləyəcək
Noyabrın 9-da azərbaycanlı milyarder Araz Ağalarov sahibi olduğu “Krokus Siti Moll”un yaranmasının 10 illyini təntənəli şəkildə qeyd edəcək. Rusiya mətbuatının, konkret fashiontime.ru-nun yazdığana görə, obyektin yubileyindən sonra təşkil ediləcək qala-ziyafətə 150 qonaq dəvət edilib.
Onların arasında Rusiya və Avropanın biznes elitası ilə yanaşı Cenifer Lopez, Robert De Niro, Nobu Matsuxisa, Dcanvito Rossi, Dcuzeppe Santoni və digərləri də olacaq.
Dəvətlilər arasında məşhur caz ustası Ceymi Kallum, Brayan Ferri də var. Bundan əlavə Shanel, Rrada, Sasadei, Rossi, Santoni kimi brendlərin prezidentləri də ziyafətə dəvətlidirlər.
Məlumatlara görə, elitar qonaqların və ulduzların qarşılanmasına və çıxışlarına 20 milyon dollardan çox pul xərclənəcək.
Azad